BMT baş katibi Putinlə Ukraynadakı vəziyyəti müzakirə edib

BMT baş katibi Putinlə Ukraynadakı vəziyyəti müzakirə edib
# 21 may 2014 07:39 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. BMT baş katibi Pan Gi Mun Şanxayda Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

APA-nın BMT Xəbər Mərkəzinə istinadən verdiyi məlumata görə, görüşdə Suriya və Ukraynadakı proseslər müzakirə olunub.

Tərəflər Ukraynadakı böhranın yalnız siyasi yolla həllinin vacibliyini vurğulayıblar.

Pan Gi Mun qeyd edib ki, Ukraynada keçiliriləcək prezident seçkiləri ölkədə davamlı sülhün və sabitliyin bərqər olması üçün imkanlar açır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR