Azərbaycanla Başqırdıstan arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycanla Başqırdıstan arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
# 26 iyun 2014 07:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Baş nazirinin müavini Salavat Saqitov ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Ş. Mustafayev Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf etdiyini və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Ölkələrin regionları arasında əlaqələrin ildən-ilə genişləndiyini qeyd edən Ş. Mustafayev artıq başa çatmış V Azərbaycan-Rusiya Regionlararası Forumunun regionlar arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd edib.

S. Saqitov Qəbələ şəhərində keçirilmiş V Azərbaycan-Rusiya Regionlararası Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib. Baş nazirin müavini forumun ili ölkə arasında əlaqələrinin regionlar səviyyəsində inkişafında da əhəmiyyətini qeyd edib, Başqırdıstan iqtisadiyyatı barədə məlumat verib.

Görüşdə Azərbaycan və Başqırdıstan arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR