Azərbaycanda yalandan xəbərçilik edən qıza hökm oxunub

Azərbaycanda yalandan xəbərçilik edən qıza hökm oxunub
# 04 fevral 2014 14:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində yalandan xəbərçilik etməkdə təqsirləndirilən Günel Həsənova adlı şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, G. Həsənova 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, G. Həsənova Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bir nəfərin ona sataşdığını bildirib. Aparılan araşdırma zamanı hadisə yerində olan təhlükəsizlik kamerasındakı görüntülərə baxılıb və G. Həsənovanın yalan danışdığı məlum olub.

O, Cinayət Məcəlləsinin 296-cı (bilə-bilə yalan xəbərçilik etmə) maddəsinə əsasən ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR