Ukraynada müxalifət və Yanukoviç "Amnistiya haqqında" qanunun qəbulu ilə də bağlı razılıq əldə ediblər

Ukraynada müxalifət və Yanukoviç "Amnistiya haqqında" qanunun qəbulu ilə də bağlı razılıq əldə ediblər
# 27 yanvar 2014 23:48 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın Ədliyyə naziri Yelena Lukaş bəyan edib.

Görüşün yekunlarına görə, tərəflər "Amnistiya haqqında" qanuna səs verməyə razılığa gəliblər.

“Amnistiya məhz bütün inzibati binaların və avtomobil yollarının azad olunmasından sonra qüvvəyə minəcək. Əks təqdirdə törədilmiş qanun pozuntularına amnistiya tətbiq edilməyəcək”, - deyə Y.Lukaş bildirib.

Eyni zamanda, Ukrayna hakimiyyəti və müxalifət arasındakı danışıqlar zamanı cəza tədbirlərini nəzərdə tutan 16 yanvar qanunlarının ləğvi ilə bağlı da razılıq əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR