Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı xatirə mərasimi keçirilib - FOTO

Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı xatirə mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 10 dekabr 2013 14:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bu gün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı xatirə mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir müdafiə naziri, general-polkovnik Zakir Həsənovun, Prezidenti Administrasiyasının və Respublika Hərbi Prokurorluğunun rəhbər şəxslərinin yenidən qurulmuş Heydər Əliyev muzey-lektoriyasının ekspozisiyası ilə tanışlığından başlayıb.

Mərasimdə Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Zakir Həsənov məruzə ilə çıxış edib. Tədbir Bakı Bələdiyyə Teatrının aktyorları, Azərbaycan televiziyası solistlərinin, muğam müsabiqəsi qaliblərinin, xüsusi təyinatlı təhsil müəssisələri kursantlarının və Silahlı Qüvvələrin Mahnı və rəqs ansamblı üzvlərinin iştirakı ilə səhnələşdirilmiş "Əbədi məşəl" rekviyem-tamaşasının nümayişi ilə yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR