Lənkəranda “Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanmasında ictimaiyyətin rolu” mövzusunda tədbir keçirilib - FOTO

Lənkəranda “Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanmasında ictimaiyyətin rolu” mövzusunda tədbir keçirilib - <span style="color: red;">FOTO
# 18 dekabr 2013 16:34 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Tibb Kollecinin direktoru İqbal Əmənullayev FHN-nin bölgədə fəaliyyət göstərən qurumları tərəfindən müxtəlif təyinatlı idarə və müəssisələrdə əhalinin, xüsusən gənclərin maarifləndirilməsi məqsədilə mütəmadi olaraq keçirilən tədbirləri yüksək qiymətləndirib.

Sonra “Evlərin və mənzillərin texnogen qəzalara hazırlanması”, “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik tədbirləri və karbon monoksid zəhərlənməsi zamanı ilk yardım”, “112 zəng mərkəzinə hansı hallarda zəng etmək lazımdır?”, “Yanğınların səbəbləri və yanğına qarşı mübarizə metodları”, “Fövqəladə hadisələrə mənəvi-psixoloji hazırlıq” mövzularında məruzələr dinlənilib.

Tədbir zamanı elektrik və qaz cihazlarının istismarı zamanı yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunmasının, aşma təhlükəsi olan iri gövdəli ağacların, avtomobil və dəmir yollarının, su obyektlərinin, hidrotexniki qurğuların, yüksək gərginlikli elektrik hava ötürücü xətlərinin, yanacaq və maye qaz doldurma məntəqələrinin, su və qaz kəmərlərinin mühafizə zonalarında məskunlaşmanın təhlükəli olması haqqında əhali arasında maarifləndirmə işlərinin aparılmasının, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətlərində FHN-nin Cənub Regional Mərkəzi ilə rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələr arasında sıx qarşılıqlı əlaqələrin vacibliyi qeyd olunub.

Sonda “Hansı hallarda 112 zəng mərkəzi ilə əlaqə saxlamaq lazımdır?”, “Yanğın təhlükəsizlik qaydalarına hamı əməl etməlidir”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!” və “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanıb, “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik tədbirləri” və “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”nə dair video materiallar nümayiş etdirilib, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR