Azərbaycan yığması zəif komandaların yer aldığı səbətə düşdü

Azərbaycan yığması zəif komandaların yer aldığı səbətə düşdü
# 14 noyabr 2013 09:02 (UTC +04:00)

Bakı – APA. Noyabrın 20-də 17 yaşadək qızlar arasında növbəti Avropa çempionatının püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbirdə 2015-ci ildə İslandiyada keçiriləcək qitə birinciliyinin seçmə mərhələsinin qrupları müəyyənləşəcək.


Püşk ərəfəsində Avro-2015-in iştirakçıları səbətlərə də bölünüb.

Ən yüksək reytinqli 3 komanda – Almaniya, Fransa və İspaniyanın azad olduğu seçmə mərhələdə 40 yığma 10 qrupa bölünəcək.

UEFA milliləri reytinqlərinə əsasən 3 səbətə bölüb. Hər qrupa ilk 2 səbətin hərəsindən 1, sonuncudan 2 komanda düşəcək. Siyasət Əsgərovun çalışdırdığı Azərbaycan yığması zəiflərin yer aldığı C səbətindədir.

Qeyd edək ki, Avro-2015-in seçmə mərhələsinin oyunları 2014-cü il avqustun 1-dən 31-dək olan müddətdə keçiriləcək.

A səbəti: Danimarka, İsveçrə, İsveç, Polşa, Belçika, Norveç, Çexiya, İrlandiya, Hollandiya, İngiltərə

B səbəti: Finlandiya, Rusiya, Şotlandiya, İtaliya, Avstriya, Serbiya, Macarıstan, Uels, Türkiyə, Sloveniya

C səbəti: Rumıniya, Bosniya və Hersogovina, Şimali İrlandiya, Belarus, Yunanıstan, Ukrayna, Monteneqro, Bolqarıstan, İsrail, Latviya, Farer adaları, Moldova, Estoniya, Litva, Azərbaycan, Slovakiya, Xorvatiya, Qazaxıstan, Makedoniya, Portuqaliya

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR