Azərbaycan İpoteka Fondunun daha 5 mln. manatlıq istiqraz emissiyası yerləşdirilib

Azərbaycan İpoteka Fondunun daha 5 mln. manatlıq istiqraz emissiyası yerləşdirilib
# 17 mart 2014 15:03 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun ümumi həcmi 40 mln. manat təşkil edən, AZ2008008685 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Fondun məlumatında deyilir.

Məlumata əsasən, istiqrazlar cari qiymətlə satışa çıxarılıb. Hərracda 2 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi dəfələrlə üstələyərək 33,918 mln. manat təşkil edib. Nəticədə, hərraca çıxarılmış həcm tam yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR