Ayaz Salayev: "Bu gün yaranan kino Azərbaycan kinosunun dirçəlişinin başlanğıcıdır" - FOTOSESSİYA

Ayaz Salayev: "Bu gün yaranan kino Azərbaycan kinosunun dirçəlişinin başlanğıcıdır" - <span style="color: red;">FOTOSESSİYA
# 06 dekabr 2013 19:46 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Tiflisdə “Şərq Tərəfdaşlığı” ölkələrinin birgə kino istehsalı üzrə Avropa əməkdaşlığı proqramı ilə bağlı keçirilən ikigünlük beynəlxalq konfrans sona çatıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Azərbaycanı kinorejissor Ayaz Salayev və Azərbaycan Professional Kino Rejissorları Birliyinin sədri, kinorejissor Hüseyn Mehdiyev təmsil edib. Konfransda iştirak edən Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova, Ermənistan, Belarus, İsrail, Serbiya, Almaniya, Finlandiya və Polşadan olan kino xadimləri çıxış edib. Tədbirdə kino sahəsinə aid problemlərdən söhbət açılıb, kino çəkilişində əldə olunan təcrübə mübadiləsi, birgə kino çəkilişi ilə bağlı addımlar atmaq barədə təklif və rəylər dinlənilib.

Tədbirdə iştirak edən kinorejissor Ayaz Salayev APA-ya açıqlamasında Azərbaycanda son illər kino sahəsində irəliləyiş olduğunu bildirib: “Bu gün Azərbaycan Mədəniyyət Nazirliyi kino sahəsində böyük islahatlar aparır. Bu müsbət işin nəticəsidir ki, Azərbaycan kinosunun görkəmi dəyişib və kinoya gənc nəsil gəlib. Nazirlik Azərbaycan kinosu haqqında yeni təsəvvür yaradıb. Yeni yaranan filmlər festivallarda uğurla nümayiş etdirilir. Bu gün demək olar ki, Azərbaycan kinosunun dirçəlişinin başlanğıcıdır. Bunu mən yalnız Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə bağlayıram. Mən öz filmimi nazirliyin maliyyə dəstəyi ilə çəkmişəm. Bu, festivalın proqramına daxil olan ilk filmimdir”.

Qeyd edək ki, dünən “Amirani” kinoteatrında Azərbaycan rejissorları tərəfindən çəkilən “Buqələmun” filminin nümayişi baş tutub. Azərbaycanlı rejissorlar Rüfət Həsənov və Elvin Adıgözəlli tərəfindən çəkilmiş bu film müsabiqədə iştirak etmək üçün festivalın proqramına daxil edilib.

Bu gün isə Tiflisdəki “Rustaveli” kinoteatrında kinorejissor Ayaz Salayevin çəkdiyi “Ağ-qara gecələr” filmi nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR