Çağırışçılar hansı hərbi hissədə xidmət edəcəklərini Dövlət Xidmətinin saytından öyrənə biləcəklər

Çağırışçılar hansı hərbi hissədə xidmət edəcəklərini Dövlət Xidmətinin saytından öyrənə biləcəklər
# 13 iyun 2013 08:49 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanda həqiqi hərbi xidmətə çağırılan şəxslər hansı hərbi hissədə xidmət edəcəklərini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) saytından öyrənə biləcəklər.

APA-nın SHÇDX-nin saytına istinadən verdiyi məlumata görə, çağırışçılar təyin olduqları hərbi hissə haqqında məlumatları iyunun 30-dan etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən öyrənə bilərlər.

Qeyd edək ki, Dövlət Xidməti bu sistemin ilk dəfə 2013-cü il iyul çağırışında tətbiqinə başlayır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR