“DəmirBank” polislər üçün güzəştli kredit aksiyası keçirir

“DəmirBank” polislər üçün güzəştli kredit aksiyası keçirir
# 19 iyun 2014 09:50 (UTC +04:00)

Bakı - APA-Economics. “DəmirBank” 2 iyul - Polis günü münasibətilə Daxili İşlər Nazirliyinin əməkdaşları üçün güzəştli kredit aksiyası keçirir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiya bu il iyul 25-dək davam edəcək.

Aksiyanın şərtlərinə görə, istehlak kreditləri üzrə banka müraciət edən polislərə illik faiz dərəcəsində 2% endirim tətbiq olunur. Kreditin məbləği maksimum 10 000 manat olmaqla 36 aylıq rəsmiləşdirilə bilər. Müştəri aksiya çərçivəsində yalnız bir kredit məhsulundan yararlana bilər.

“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, mebel və məişət texnikası kreditləri, təmir və digər istehlak kreditləri mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR