Azərbaycanda taxıl bitkilərində 2 yeni virus aşkarlanıb

Azərbaycanda taxıl bitkilərində 2 yeni virus aşkarlanıb
# 22 yanvar 2014 09:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA Azərbaycanda ilk dəfə olaraq molekulyar səviyyədə analiz aparılıb və nəticədə dənli taxıl bitkilərinin mədəni və yabanı növləri üzərində 2 yeni virus aşkarlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun direktor müavini Mehrac Abbasov APA-ya açıqlamasında deyib ki, həmin virusların irsiyyətin əsasını daşıyan RNT-ləri oxunub: “Azərbaycanda ilk dəfə olaraq bu viruslar tapılıb. Amerikanın “Bitki xəstəlikləri” jurnalında ilk məlumat kimi dərc edilib. Amma onun haradan Azərbaycana keçməsi, məhsuldarlığa nə dərəcədə ziyan vurması böyük bit tədqiqat mövzusudur. Fikirləşirik ki, gələcəkdə bu sahə üzrə doktorantlar tədqiqat işləri aparsınlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR