UEFA “Skenderbeu” – “Neftçi” oyununu idarə edəcək hakimin adını açıqladı

UEFA “Skenderbeu” – “Neftçi” oyununu idarə edəcək hakimin adını açıqladı
# 11 iyul 2013 10:40 (UTC +04:00)

“Neftçi”nin futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsinin Albaniyanın “Skenderbeu” komandası ilə cavab oyununu idarə edəcək hakim müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA Azərbaycan çempionunun iyulun 23-də keçirəcəyi matçının baş hakimin polşalı Pavel Gilə olacağını açıqlayıb. O, komandaları Korça şəhərindəki “Skenderbeu” stadionuna çıxaracaq.

37 yaşlı Gil 2009-cu ildən FİFA hakimi dərəcəsini daşıyır.

Qeyd edək ki, Albaniyadakı görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR