Ukraynada Rusiyanın 4 kanalının yayımı dayandırılıb

Ukraynada Rusiyanın 4 kanalının yayımı dayandırılıb
# 25 mart 2014 23:18 (UTC +04:00)

Bakı-APA. Kiyev dairə inzibati məhkəməsi martın 25-də Rusiya telekanallarının Ukrayna ərazisində yayımına qadağa qoyub. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) nümayəndəsi açıqlamasında bildirib.

Məhkəmə Rusiya telekanallarının Ukrayna ərazisində yayımının dayandırılmasına dair qərarı Milli Televiziya və Radio Şurasının 24 mart tarixli iddiası əsasında verib. MTMŞ-in məlumatına görə, iddia qeyd Rusiya telekanallarının əsas retranslyatoru olan şirkətə qarşı irəli sürülüb. Şirkətin adı açıqlanmır.

“UNİAN”-ın məlumatına görə, qadağa Rusiyanın 4 telekanalına şamil olunub – “RTR”, “Perviy kanal”, “Rossiya-24” və “NTV”. Ukrayna Milli Televiziya və Radio Şurası martın 24-də bu kanalların verilişlərinin ölkə və beynəlxalq qanunvericiliyə zidd olduğunu bəyan edib.

Qurumda bu cür tədbirlərin Ukraynada informasiya təhlükəsizliyinin, suverenlik və ərazi bütövlüyünün təmin olunmasının vacibliyi ilə əlaqələndiriblər.

Qeyd edək ki, Rusiya telekanallarının Ukrayna ərazisində yayımına məhdudiyyətlər Krımda Ukrayna kanallarının yayımının dayandırılmasından sonra qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR