Pakistan hökumətinin nümayəndələri ASK-da olub - FOTO

Pakistan hökumətinin nümayəndələri ASK-da olub - <span style="color: red;">FOTO
# 02 dekabr 2013 16:35 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) Pakistanın dövlət qulluğunda çalışan yüksək vəzifəli rəsmi şəxslərlə görüş keçirilib.

APA-Economics”in xəbərinə görə, tədbirdə ASK baş katibinin müavini Adil Qurbanov və ASK-nın baş məsləhətçisi Fuad Hümbətov təqdimatla çıxış ediblər.

Azərbaycan-Pakistan siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, dərin tarixi və mədəni-dini köklərə söykəndiyini qeyd edən ASK-nın baş katibi Məhəmmədəli Əfəndiyev Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayıb. O bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün Azərbaycan və Pakistanın sahibkarlıq təşkilatları arasında daima əlaqə yaradılmalı, birgə əməkdaşlıq imkanlarından daha fəal surətdə istifadə edilməlidir.

M.Əfəndiyev iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edərək, Azərbaycan hökumətinin təşəbbüsü ilə regionda həyata keçirilən layihələr, biznes sektorunda mövcud vəziyyət, sahibkarların hüquq və mənafelərini müdafiə edən qanun layihələri barəsində məlumat verib. 22 illik müstəqillik tarixi olan Azərbaycan hökumətinin əsas strategiyasının neftdən gələn gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi, ölkədə sənayeləşmənin geniş vüsət alacağını da qonaqların diqqətinə çatdırıb.

Pakistanlı nümayəndə heyəti isə daha çox Azərbaycanda sahibkarlar üçün yaradılan şəraitlə və ölkəmizdə əlverişli biznes mühitinin mövcudluğu ilə maraqlanıblar.

Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verdiklərini deyən Pakistan hökumət nümayəndələri bütün sahələrdə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Görüş əsnasında qarşılıqlı maraq doğuran məsələlər və iqtisadi əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Pakistanın dövlət qulluğunda çalışan rəsmi şəxsləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR