İranın ali dini lideri Qərbi Azərbaycan vilayətinə yeni nümayəndə təyin edib

İranın ali dini lideri Qərbi Azərbaycan vilayətinə yeni nümayəndə təyin edib
# 16 yanvar 2014 10:37 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın ali dini lideri ayətullah Əli Xamneyi fərman imzalayıb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, fərmana əsasən Mehdi Qüreyşi ali dini liderin İranın Qərbi Azərbaycan vilayətindəki yeni nümayəndəsi təyin edilib.

Eyni zamanda bu şəxs Qərbi Azərbaycan vilayətinin mərkəzi olan Urmiya şəhərinin imamcüməsi vəzifəsini də yerinə yetirəcək. Fərmanda ayətullah Xamneyi Qərbi Azərbaycan vilayətindəki keçmiş nümayəndəsi və Urmiya şəhərinin sabiq imamcüməsi höccətülislam Həsəniyə də fəaliyyətlərinə görə təşəkkür edib, gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR