Goranboyda mənzildə 12 kiloqram tiryək aşkarlanıb - VİDEO

Goranboyda mənzildə 12 kiloqram tiryək aşkarlanıb - <span style="color: red;">VİDEO
# 16 yanvar 2014 10:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Goranboy rayon sakininin mənzilində xeyli miqdarda narkotik vasitə aşkar edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Goranboy Rayon Polis Şöbəsi əməkdaşları əməliyyat məlumatı əsasında Qarqucaq kənd sakini Qulu Mehdiyevin evinə baxış keçirərkən oradan 12 kiloqram tiryək və dərman preparatları aşkar edilərək götürüblər.

Q.Mehdiyevin tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR