Fransada uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqda qanun layihəsi Konstitusiyaya uyğunlaşdırılma mərhələsindədir

Fransada uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqda qanun layihəsi Konstitusiyaya uyğunlaşdırılma mərhələsindədir
# 29 oktyabr 2013 11:25 (UTC +04:00)

APA-nın “Armenia today” saytına istinadən verdiyi məlumata görə, bunu Fransanın Ermənistandakı səfiri Anri Reno deyib.

Səfir xatırladıb ki, parlamentdə qəbul edildikdən sonra qanun layihəsinə Konstitusiya Şurası tərəfindən baxılıb. Qanunun Konstitusiya müddəalarına zidd olduğu müəyyənləşdirilib və ölkə prezidenti Konstitusiya Şurasının iradlarını nəzərə almaqla layihənin yenidən işlənməsini istəyib.

A. Reno Fransa parlamentinin bu məsələyə nə vaxt qayıdacağını söyləməkdə çətinlik çəkib.

Xatırladaq ki, Fransa parlamenti 1915-ci ildə Osmanlı İmperiyasında baş verən erməni üsyanlarından sonra erməni əhalinin imperiyanın ucqarlarına köçürülməsi hadisəsini soyqırım kimi tanıyıb. Türkiyə dövləti bunu qətiyyətlə rədd edir. Ankara soyqırım iddialarının araşdırılması üçün Ermənistana tarixçilərdən ibarət birgə komissiya yaratmağı təklif edib və Osmanlı arxivlərinin hər kəs üçün açıq olduğunu bildirib. Lakin erməni tərəfi Türkiyənin bu təklifini hələlik qəbul etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR