Bu il «Şahdəniz»dən gündəlik orta hesabla 26,4 mln. kubmetr qaz ixrac edilib

Bu il «Şahdəniz»dən gündəlik orta hesabla 26,4 mln. kubmetr qaz ixrac edilib
# 14 noyabr 2013 08:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında «Azəri-Çıraq-Günəşli» (AÇG) və «Şahdəniz» yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə «Səngəçal» terminalına göndərilməsi davam edib.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və «Şahdəniz» qazı üçün 27,4 mln. kubmetr qaz, ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 41,5 mln. kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini «Azəriqaz» İB-nin qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-ə məxsus qaz kəməri ilə ixrac olunur. Hesabat dövründə terminal 213,5 mln. barel neft (o cümlədən, 186 mln. barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 22,1 mln. bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu ilə (QİBK), təxminən 4 mln. barel dəmir yolu və təxminən 1,4 mln. barel kondensat ixrac kəməri vasitəsilə) ixrac edib.

Bu ilin 9 ayı ərzində terminal həmçinin gündəlik orta hesabla 26,4 mln. kubmetr «Şahdəniz» qazı ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR