İran Mərkəzi Bankının sədri ABŞ-a səfərə gedib

İran Mərkəzi Bankının sədri ABŞ-a səfərə gedib
# 10 oktyabr 2013 09:55 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran Mərkəzi Bankının sədri ABŞ-a yola düşüb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, Vəliyullah Seyifin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 11-13-də Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının birgə keçirəcəyi toplantıda iştirak edəcək.

Yığıncaqda ölkələr arasında əlaqələr və əməkdaşlığın daha da artırılması məsələsi müzakirə ediləcək.

Qeyd edək ki, BVF və Dünya Bankı hər il iki dəfə üzv ölkələrin mərkəzi banklarının sədrlərinin iştirakı ilə ortaq toplantı keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR