Novruz bayramı və istirahət günlərində Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb - VİDEO

Novruz bayramı və istirahət günlərində Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb - <span style="color: red;">VİDEO
# 19 mart 2014 09:29 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya açıqlamasında deyib ki, martın 20-də gün ərzində ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

Onun sözlərinə görə, buna baxmayaraq yenidən cənub küləyinin, xüsusən də gündüz saatlarında güclənəcəyi proqnozlaşdırılır. Martın 21-də isə cənub küləyi güclü şimal küləyi ilə əvəz olunacaq. Günün ikinci yarısında başlayaraq respublikanın ayrı-ayrı rayonlarında hava şəraitinin yağıntılı keçəcəyi, dağlıq və bəzi dağətəyi rayonlarda yağıntıların sulu qar və qar şəklində olacağı proqnozlaşdırılır. Güclü küləkli, qeyri-sabit hava şəraiti martın 22-si gündüzədək davam edəcək. Martın 22-də paytaxtda havanın temperaturu ötən günlərlə müqayisədə bir qədə aşağı enəcək. Bu da davamiyyətli şimal küləyinin əsməsi ilə əlaqədardır. Belə ki, martın 20-də və 21-də günün birinci yarısında paytaxtda 11-16 dərəcə isti, martın 22-də isə havanın temperaturu 6-11 dərəcə isti olacaq”.

U.Tağıyeva qeyd edib ki, martın 23-dən başlayaraq ölkə ərazisində hava şəraiti sabitləşəcək, havanın temperaturu norma daxilində olacaq, mülayimləşəcək. Xoş və yağmursuz hava şəraiti martın 26-dək bərqərar olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR