Bakıda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, xəsarət alan var - VİDEO

Bakıda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, xəsarət alan var - <span style="color: red;">VİDEO
# 28 iyun 2014 02:10 (UTC +04:00)

APA TV-nin məlumatına görə, hadisə "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpüdə qeydə alınıb.

“Volqa-Qaz 24” markalı avtomobilin sürücüsü "Koroğlu" metrosundan üzü Dərnəgül prospekti istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə "Qaz 24" əvvəlcə qarşısında hərəkətdə olan “Lexsus”a çırpılıb, daha sonra yolun qoruyucu səddini aşaraq əks istiqamətdə hərəkət edən 44 yaşlı Rövşən İbrahimovun sükanı arxasında olduğu “Toyota Corolla” nı vurub.

Zərbə güclü olduğundan "Volqa"nın sürücüsü və "Corolla" da olan sərnişin Leyla İbrahimova xəsarət alıb. Dərhal hadisə yerinə Təcili tibbi yardımın əməkdaşları cəlb olunub. Leyla İbrahimovaya ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Hadisə yerində olan şahidlərin sözlərinə görə, qəzanı törədən sürücü ağır vəziyyətdə hadisə yerini tərk edib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzanı törədən "Qaz 24" sürücüsü yol hərəkət qaydalarını pozmaqla yanaşı avtomobili içkili idarə edirmiş. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR