Ukraynanın şərqində münaqişənin başlanmasından etibarən 270 nəfər ölüb

Ukraynanın şərqində münaqişənin başlanmasından etibarən 270 nəfər ölüb
# 11 iyun 2014 18:47 (UTC +04:00)

APA-nın “Interfax” agentliyinə istinadən verdiyi xəbərə görə, aprel ayından bu günədək Donetsk vilayətində 225, Luqansk vilayətində isə 45 nəfər ölüb.

İlkin məlumata əsasən, onlardan 8 nəfəri qadın, 2-si isə uşaqdır. Səhiyyə nazirliyi 576 nəfərin tibbi yardım üçün müraciət etdiyini bildirib. 150 nəfər hazırda stasionar müalicədədir.

Məlum olduğu kimi, Ukrayna hökuməti bu ilin aprel ayından etibarən Donetsk və Luqansk vilayətlərində antiterror əməliyyatı aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR