Azərbaycan Ermənistanın NATO Parlament Assambelyasından çıxarılmasını tələb edib - VİDEO

Azərbaycan Ermənistanın NATO Parlament Assambelyasından çıxarılmasını tələb edib - <span style="color: red;">VİDEO
# 17 iyun 2014 08:49 (UTC +04:00)

APA-nın məlumatına görə, bununla bağlı rəsmi təklifi qurumun bu gün Bakıda keçirilən “Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı “Rose-Roth” seminarında Azərbaycanın NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov təqdim edib.

Z. Əsgərov tələbi onunla əsaslandırıb ki, Ermənistanın Azərbaycanda törətdiyi terror hadisələri sübut olunub və belə bir terrorçu dövlətin NATO ilə əməkdaşlığı qəbuledilməzdir: “Siz NATO olaraq Rusiya ilə əlaqələri kəsdiniz, NATO PA-da iki il müddətinə səsvermədən məhrum etdiniz. Bəs bu qədər işğalın və terrorun qarşılığında niyə Ermənistan qurumdan uzaqlaşdırılmır? Ona görə bu məsələyə birdəfəlik aydınlıq gətirilməsini NATO PA-dan tələb edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR