“Bir səbət tənhalıq” adlı tamaşanın premyerası olacaq

“Bir səbət tənhalıq” adlı tamaşanın premyerası olacaq
# 08 yanvar 2014 16:13 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Yanvarın 14-də Gənc Tamaşaçılar Teatrında Məcid Vahidzadənin “Bir səbət tənhalıq” adlı tamaşasının premyerası keçiriləcək.

Tamaşanın rejissoru, əməkdar artist Nofəl Vəliyevin APA-ya verdiyi məlumata görə, 86-cı teatr mövsümündə təqdim ediləcək yeni səhnə əsərinin tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır.

Rollarda Güşvər Şərifova, Eşqin Quliyev çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR