Cenevrədə Suriyanın hökumət və müxalifət nümayəndələri arasında danışıqlar bərpa edilib

Cenevrədə Suriyanın hökumət və müxalifət nümayəndələri arasında danışıqlar bərpa edilib
# 27 yanvar 2014 11:57 (UTC +04:00)

Bakı – APA. BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi İsveçrədə Suriyanın hökumət və müxalifət nümayəndələri ilə danışıqları bərpa edib.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Cenevrə şöbəsindən bildiriblər.

Qeyd edək ki, dünən Suriya xarici işlər nazirinin müavini Feysal Mikdad bildirib ki, hökuməti təmsil edən nümayəndə heyəti Bəşər Əsədin istefası istisna olmaqla, istənilən məsələni, o cümlədən koalisiya hökuməti ilə bağlı məsələni müzakirə etməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR