Gürcüstan prezidentliyinə namizəd Georgi Marqvelaşvili azərbaycanlıların yaşadığı Qaracalar kəndinə səfər edib - FOTO

Gürcüstan prezidentliyinə namizəd Georgi Marqvelaşvili azərbaycanlıların yaşadığı Qaracalar kəndinə səfər edib - <span style="color: red;">FOTO
# 01 oktyabr 2013 08:12 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstan prezidentliyinə namizəd Georgi Marqvelaşvili Telavi rayonunun azərbaycanlıların kompakt yaşadığı Qaracalar kəndinə səfər edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, kənd sakinləri ilə keçirilən görüşdə iş adamı, Tiflisdəki azərbaycanlı icmasının nümayəndəsi Məryəm Cəlilova, Qaracalar kənd sakini Yaşar Yusubov və başqaları çıxış edərək son 9 ildə ölkədə baş verən hadisələri xatırladıblar. Çıxışçılar prezidentliyə namizəd Georgi Marqvelaşvilini dəstəklədiklərini və ona inandıqlarını bildiriblər.

Sakinlər qarşısında çıxış edən G. Marqvelaşvili oktyabrın 27-dən sonra Gürcüstanda yeni bir həyatın başlayacağını söyləyib. O, Qaracalar kəndinin infrastrukturunun düzələcəyini, orta məktəb binasının təmir olunacağını və kəndin sosial həyatının yaxşılaşdırılması üçün bir sıra layihələrin həyata keçiriləcəyini açıqlayıb.

Xatırladaq ki, G. Marqvelaşvilinin namizədliyi “Gürcü Arzusu” koalisiyası tərəfindən irəli sürülüb. Ölkədə prezident seçkiləri oktyabrın 27-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR