Azərbaycan prezidenti “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı fərman imzalayıb

Azərbaycan prezidenti “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı fərman imzalayıb
# 11 aprel 2014 16:56 (UTC +04:00)

APA-nın məlumatına görə, fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan qanunlarının və Azərbaycan prezidentinin aktlarının “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib prezidentə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR