Səfir: “Bu ilin 9 ayında Qazaxıstanla Azərbaycan arasında xarici ticarət həcmi 209 milyon 325 min dollar təşkil edib”

Səfir: “Bu ilin 9 ayında Qazaxıstanla Azərbaycan arasında xarici ticarət həcmi 209 milyon 325 min dollar təşkil edib”
# 11 dekabr 2013 16:01 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Qazaxıstanın Müstəqillik Gününə həsr olunmuş mətbuat konfransında Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayev deyib. O bildirib ki, iki ölkə rəhbərliyi Dağlıq Qarabağ, Əfqanıstan və digər problemlər üzrə ümumi baxışlara malikdir.

Səfir 2013-cü ilin yanvar-sentyabr aylarında Qazaxıstanla Azərbaycan arasında xarici ticarət həcminin 209 milyon 325 min dollar təşkil etdiyini söyləyib. O, gələn il Bakı-Tiflis-Qars dəmir yolunun açılacağını xatırladıb və Qazaxıstanın öz məhsullarının bu marşrut üzrə nəqlində maraqlı olduğunu vurğulayıb: “Azərbaycan şirkəti Aktau limanında soyuducu sistemlərlə təchiz olunmuş logistik mərkəz inşa etməyi planlaşdırır. Bunun sayəsində il boyu meyvə-tərəvəz məhsulları göndərmək mümkün olacaq”.

Qarşıdakı planlara toxunan A. Jumabayev deyib ki, 2014-cü ilin ilk kvartalında xarici işlər nazirlərinin müavinləri səviyyəsində XİN-lərarası məsləhətləşmələr planlaşdırılıb: “2014-cü ilin yazında Qazaxıstan Məclisinin sədri Nurlan Niqmatullin Azərbaycana səfər edəcək. Gələn il Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun da Qazaxıstana cavab səfəri olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR