Azay Quliyev Berlində Konrad-Adenauer və Fridrix-Ebert Fondlarında görüşlər keçirib

Azay Quliyev Berlində Konrad-Adenauer və Fridrix-Ebert Fondlarında görüşlər keçirib
# 21 fevral 2014 20:09 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşlərdə rəhbərlik etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi Şurası barədə məlumat verən millət vəkili, təmsil etdiyi təşkilatın Alman Fondları ilə əməkdaşlıqda maraqlı olduğunu, birgə layihələr həyata keçirmək imkanlarının mümkünlüyünü bildirib və gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparıb.

Bununla yanaşı Azay Qulyev Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu barədə Fond təmsilçilərinə məlumat verib və münaqişənin həlli barədə fikir mübadiləsi aparıb.

Konrad-Adaneur Fondunun təmsilçisi cənab Paulus, Azərbaycanın Cənubi Qafqazın ən önəmli ölkəsi olduğunu və təmsil etdiyi Fondun Azərbaycanda fəaliyyətinin genişlənməsində maraqlı olduqlarını dilə gətirib. Bununla yanaşı cənab Paulus Azərbaycanın Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində proqrama daxil olan ölkələrin QHT-lərinin cəlb olunduğu birgə layihələrin həyata keçirilməsini və layihələrin Fond tərəfindən dəstəklənməsi imkanlarından bəhs edib. Görüşdə Azərbaycanın Almaniyadakı səfirliyinin 2-ci katibi Nurçin Əliyev də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR