İranın Buşəhr AES-in 30 kilometrliyində 5,6 bal gücündə zəlzələ olub

İranın Buşəhr AES-in 30 kilometrliyində 5,6 bal gücündə zəlzələ olub
# 28 noyabr 2013 18:46 (UTC +04:00)

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, zəlzələnin episentri Buşəhr Atom Elektrik Stansiyasından, təxminən, 30 kilometr aralıda olub.

Yeraltı təkanlar Borazcan şəhərinin 14 kilometrliyində qeydə alınıb. Xəsarət alan və dağıntılar barədə məlumat verilmir.

Xatırladaq ki, adıçəkilən bölgədə noyabrın 27-də 4,5 bal gücündə, keçən həftə isə Atom Elektrik Stansiyasının yerləşdiyi Buşəhr şəhərindən 100 kilometr cənub-şərqdə 4,9 bal gücündə zəlzələ olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR