Xarici ölkərin alimləri AMEA-nın Botanika İnstitutunda olublar

Xarici ölkərin alimləri AMEA-nın Botanika İnstitutunda olublar
# 09 iyun 2014 10:07 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova-APA. AMEA Botanika İnstitutunun direktoru, professor Validə Əlizadə Succov Fondunun nümayəndələri Sebastyan Şmidt, Til Dietevia və Arndt Universitetinin (Qreifsvolt, Almaniya) nümayəndəsi Sabrina Rilkeni qəbul edib.

İnstitutdan APA-ya verilən məlumata görə, görüş zamanı qonaqlar apardıqları tədqiqat işləri haqda məlumat veriblər və müasir məlumat bazasının yaradılması istiqamətində əldə etdikləri son nailliyyətləri nümayiş etdiriblər.

Son illər Botanika İnstitutunda beynəlxalq əməkdaşlıq çərçivəsində bu sahədə həyata keçirilən əhəmiyyətli işlər, xüsusilə AMEA Botanika İnstitutunun herbari kolleksiyasının məlumatı və şəkillərinin Avropa virtual məlumat bazasına yerləşdirilməsi böyük maraqla qarşılanıb.

Tərəflər arasında Azərbaycan florası üzrə yeni formatlı məlumat bazası yaradılması üçün əməkdaşlıq və yeni layihələrin hazırlanması istiqamətində razılıqlar əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR