”Unibank” müştəriləri arasında lotereya keçirir

”Unibank” müştəriləri arasında lotereya keçirir
# 14 may 2014 09:02 (UTC +04:00)

Bakı - APA-Economics. “Unibank” kartına sahib müştərilər mayın 3-dən avqustun 31-dək davam edən, “Kredit kartınızla əməliyyat edin və qazanın” tirajlı stimullaşdırıcı lotereyasının iştirakçısı olacaq.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın kredit kartı ilə Azərbaycan və xarici ölkələrdə nağd və ya nağdsız əməliyyat edən müştərilərin, lotereyanın qalibi olmaq şansları var.

Ümumi uduş fondu 54 min manat təşkil edən lotereyanın 4 tirajında 732 qalib seçiləcək.

Hər tirajın nəticələrinə görə, 150 nəfər 50 manat, 30 qalib 100 manat, 3 nəfər isə 1 000 manat pul mükafatı qazanacaq.

Lotereyada tirajın keçirildiyi aydan əvvəlki ayda bağlanan və bütün aktiv kredit kartları iştirak edəcək.

Müştərinin kredit kartı ilə həyata keçirdiyi əməliyyatın hər tam 10 AZN/USD-si 1 şans kimi qiymətləndirilir. Məsələn, müştəri kredit kartı ilə 127 manat və ya 127 dollar əməliyyat edərsə, bu zaman müştəri lotereyada iştirak üçün 12 şans əldə edir.

Qaliblər komissiya tərəfindən xüsusi kompüter proqramı vasitəsi ilə elektron püşkatma qaydasında müəyyən edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR