Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 07 yanvar 2014 06:15 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 6-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,53 dollar və ya 0,6% azalaraq 1 barelə görə 93,43 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, yanvarın 6-da ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,16 dollar və ya 0,2% azalaraq 106,73 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR