Yunanıstan Avropa İttifaqına üçüncü ölkələr üçün viza rejiminin sadələşdirilməsini təklif edir

Yunanıstan Avropa İttifaqına üçüncü ölkələr üçün viza rejiminin sadələşdirilməsini təklif edir
# 13 yanvar 2014 12:40 (UTC +04:00)

Bakı – APA. Avropa İttifaqına sədrlik edən Yunanıstan üçüncü ölkələr üçün viza rejiminin sadələşdirilməsini təklif edir.

APA – nın məlumatına görə, Yunanıstan martın ortalarında bununla bağlı quruma öz təkliflərini təklif edəcək.

Viza rejiminin sadələşdirilməsinin Yunanıstan üçün olduqca önəmli olduğunu deyən Yunanıstanın turizm naziri Olqa Kefaloyanni ukraynalılar, türklər, rusiyalılar və çinlilər qarşısında duran bürokratik əngəllərin aradan qaldırılmasının vacibliyini önə çəkib.

Kefaloyanni qeyd edib ki, Yunanıstan və Avropa iqtisadiyyatı üçün dəniz və gəmi ilə səyahət turizmi böyük əhəmiyyət kəsb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR