Mingəçevirdə ferma yanıb

Mingəçevirdə ferma yanıb
# 26 noyabr 2013 16:17 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda fermada yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 1200 kv.m olan fermanın çardağı 100 kv.m sahədə və fermanın içərisinə yığılmış 800 kq ot bağlaması yanıb.

Fermanın qalan hissəsi və yaxınlıqdakı ferma yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR