«Gaz de France» şirkəti «Nabucco» layihəsinə qoşulub

«Gaz de France» şirkəti «Nabucco» layihəsinə qoşulub
# 28 may 2013 09:29 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, beləliklə, Fransa şirkəti 2013-cü ilin aprelində OMV şirkətinə öz 17%-lik payını sataraq layihədən çıxan Almaniyanın «RWE AG» şirkətini layihədə əvəz edib. Bildirilir ki, əqdin bu ilin ikinci yarısında tam başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, «Nabucco» layihəsinin iştirakçıları qismində OMV, «GDF Suez SA», Bolqarıstanın «BEH», Türkiyənin «Botaş», Macarıstanın MOL və Rumıniyanın «Transgaz» şirkətləri çıxış edir. Hazırda «Nabucco West» adlanan bu layihə Türkiyə-Bolqarıstan sərhədindən Azərbaycan qazının Avropaya nəql edilməsi üçün nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR