Saxalində və Kuril adalarında iki zəlzələ qeydə alınıb

Saxalində və Kuril adalarında iki zəlzələ qeydə alınıb
# 20 fevral 2014 03:18 (UTC +04:00)

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, birinci yeraltı təkan Noqliki qəsəbəsindən 45 km şərqdə olub.

Zəlzələnin episentri dənizdə, təqribən 33 km dərinlikdə yerləşib. Noqliki qəsəbəsində zəlzələ 3-4 bal gücündə hiss olunub, mənzillərdəki əşyalar tərpənib.

Daha bir yeraltı təkan Saxalin vilayətinin Paramuşir adasından 32 km cənubi-qərbdə, 79 km dərinlikdə qeydə alınıb. Yaxındakı yaşayış məntəqələrində zəlzələ hiss olunmayıb.

Dağıntılar və xəsarət alanlar yoxdur. Sunami xəbərdarlığı elan olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR