“Bolkart” istifadəçiləri üçün “şəxsi kabinet” bölməsi istifadəyə verilib

“Bolkart” istifadəçiləri üçün “şəxsi kabinet” bölməsi istifadəyə verilib
# 25 sentyabr 2013 13:56 (UTC +04:00)

Bakı - APA-Economics. “Bank of Baku” 150 minə yaxın “Bolkart” istifadəçisinin rahatlığını təmin etmək məqsədilə www.bolkart.az saytında “şəxsi kabinet” bölməsini istifadəyə verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, tətbiq edilən bu yenilik sayəsində “Bolkart” istifadəçiləri gün boyu fasiləsiz rejimdə alış-verişlərinə çevik nəzarət edə bilərlər. Belə ki, şəxsi kabinet funksiyası vasitəsilə kart sahibi hesab qalıqları və hesab hərəkətlərini rahat izləyə bilər.

“Bolkart” istifadəçisi növbəti ödənişinin məbləğini, kartdakı cari balansı və digər faydalı məlumatları əldə edə bilər. Bunun üçün sadəcə www.bolkart.az saytına daxil olub, əks olunan xanaları doldurmaq tələb olunur.

“Şəxsi kabinet” funksiyasının istifadəyə verilməsi www.bolkart.az saytının yenilənməsi prosesi çərçivəsində həyata keçirilir. Bir müddət öncə yenilənmiş sayt vasitəsilə artıq axtarış sistemi, onlayn kalkulyator, tərəfdaş şirkətlər, reytinq səsverməsi kimi funksiyalardan istifadə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR