Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyinin orta tibb heyəti ilə bağlı qərarlarında uyğunsuzluq aşkarlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyinin orta tibb heyəti ilə bağlı qərarlarında uyğunsuzluq aşkarlanıb
# 19 may 2015 09:15 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan Respublikasında səhiyyə sahəsinə aid edilən qulluqçu vəzifələrinin və fəhlə peşələrinin əməyinin ödəniş dərəcələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 2004-cü il 22 noyabr tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na uyğun olaraq həyata keçirilir.

“Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “Tibb bacısı (qardaşı)” bölməsində orta tibb təhsilli “Tibb bacısı işi” ixtisası üzrə sahə, cərrahiyyə, prosedur, sarğı, masaj üzrə tibb bacısı (qardaşı) vəzifələrinin ödəniş dərəcələrinə ixtisas tələbləri müəyyən edilmişdir. Buna uyğun olaraq, səhiyyə müəssisələrində tibb heyətinin, o cümlədən, orta tibb heyətinin əmək haqları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeyd olunan qərarında əks etdirilən ödəniş dərəcələrinə uyğun hesablanır. Eyni zamanda, səhiyyə müəssisələrində fəaliyyət göstərən tibb işçilərinin ixtisaslaşma və ixtisasartırma məsələlərinin təkmilləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyinin 2008-ci il 01 sentyabr tarixli 119 nömrəli əmri ilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəssisələrində vəzifələrin nomenklaturası” təsdiq edilib. Əmrə əsasən orta tibb vəzifələri üzrə tibb bacısı, əməliyyat otağının tibb bacısı, pəhriz üzrə tibb bacısı və sahə tibb bacısı vəzifələri müəyyən edilib.

Göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmri ilə müəyyən olunmuş tibb bacısı vəzifəsinin nomenklaturası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2004-cü il 22 noyabr tarixli 22 nömrəli qərarında qeyd olunan tibb bacısı vəzifələri arasında uyğunsuzluqlar mövcuddur. Bu da Hesablama Palatası tərəfindən səhiyyə müəssisələrində aparılan audit tədbirlərində tibb bacılarına ixtisas tələblərinin əməyin ödəniş dərəcələrinə tətbiqinin düzgün qiymətləndirilməsinə imkan verməməklə yanaşı, səhiyyə müəssisələrində orta tibb heyətinin əməyinin ödənişinə büdcədən ayrılmış vəsaitin artıq istifadəsinə şərait yaradır.

Göstərilənləri nəzərə alaraq, Hesablama Palatası həmin sənədlərin uyğunlaşdırılmasını məqsədəmüvafiq hesab edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR