“DəmirBank” Qazax filialında “Açıq qapılar” günü keçirib

“DəmirBank” Qazax filialında “Açıq qapılar” günü keçirib
# 17 iyul 2014 08:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “DəmirBank” Qazax filialının ofisində “Açıq qapılar” günü keçirib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, tədbirdə bank mütəxəssisləri və müştəriləri, Qazax rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Filiala gələn qonaqlar üçün bayram furşeti təşkil olunub.

Bankın nümayəndələri çıxış edərək “DəmirBank”ın fəaliyyəti, uğurları və üstünlükləri, eləcə də Qazax filialı və filialın göstərdiyi xidmətlər barədə iştirakçılara məlumat veriblər. Tədbir iştirakçıları Qazax filialının xidmətlərindən istifadə etməyə dəvət ediliblər.

Qonaqlara filialın təhsil işçiləri üçün təklif etdiyi güzəştli kredit və “DəmirTaksit” kartı barədə də ətraflı məlumat verilib. Tədbir çərçivəsində Qazax filialının 3 nümunəvi kredit müştərisinə “Samsung Galaxy S III Mini” smartfonu təqdim olunub.

Qeyd edək ki, analoji tədbirlər ötən illərdə Şəmkir, Lənkəran, Beyləqan və Qubada da təşkil edilib.

Ölkənin ilk kommersiya bankı olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. “DəmirBank” “Fitch Ratings” agentliyinin “stabil” proqnozlu “B” və “Planet Rating” agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR