Gürcüstanda Rusiya bayrağı qadağan oluna bilər

Gürcüstanda Rusiya bayrağı qadağan oluna bilər
# 13 dekabr 2014 09:05 (UTC +04:00)

Bakı - APA. Gürcüstanın keçmiş müdafiə naziri Dmitri Şaşkinin rəhbərlik etdiyi “İslahatçılar klubu” siyasi təşkilatı bu ölkədə Rusiya bayrağından istifadədən imtina etməyə çağırıb.

APA-nın “Georgia Online” xəbər saytına istinadən verdiyi məlumata görə, siyasi təşkilat bununla bağlı Gürcüstan parlamentinə müraciət edib.

“Parlament Rusiya Federasiyasının bayrağının Gürcüstanda istifadə olunmasını cinayət hesab edən qanun layihəsinə baxmalıdır”, - deyə müraciətdə bildirilir.

Söhbət Gürcüstana uçuşlar həyata keçirən “Aeroflot” aviaşirkətinə məxsus təyyarələrin üzərindəki bannerdən, küçələrdə yerləşdirilən bayraqdan, o cümlədən etiraz aksiyaları zamanı istifadə olunan Rusiya bayrağından gedir.

“İslahatçılar klubu”nun üzvləri öz ölkələrində Rusiya bayrağından istifadə edənləri iki ilə qədər azadlıqdan məhrum etməyi təklif edir.

Keçmiş müdafiə nazirinin tərəfdarları hesab edir ki, Rusiya bayrağının Gürcüstanda istifadə olunması “ümumi milli dəyərlərə təhqirdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR