Bu gündən Azərbaycanda müəllimlərin işə qəbulu ilə əlaqədar əlavə yerləşdirmə aparılır

Bu gündən Azərbaycanda müəllimlərin işə qəbulu ilə əlaqədar əlavə yerləşdirmə aparılır
# 25 avqust 2014 07:24 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu proses avqustun 29-dək davam edəcək.

Namizədlər “Şəxsi səhifə”sinə daxil olaraq ixtisas üzrə 4 vakant yer seçmək hüququna malikdirlər. Müraciətlərin qəbulu 29 avqust saat 18:00-da başa çatacaq. Proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq və nəticələr barədə məlumat dərhal namizədlərin “Şəxsi səhifə”sinə göndəriləcək.

Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlərlə 01.09.2014-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında müsahibə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR