Dövlət Qulluğu Məcəlləsinin ilkin layihəsi müzakirə edilib

Dövlət Qulluğu Məcəlləsinin ilkin layihəsi müzakirə edilib
# 24 dekabr 2014 07:46 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Dövlət Qulluğu Məcəlləsinin ilkin layihəsinin müzakirəsi ilə bağlı tədbir keçirilib.


APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov bildirib ki, Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və sistemləşdirilməsi məqsədilə Dövlət Qulluğu Məcəlləsinin ilkin layihəsi hazırlanıb və dövlət orqanlarına təqdim edilib: "Yeni məcəllədə dövlət qulluğuna qəbul qaydaları təkmilləşdirilib, dövlət qulluqçularının ixtisasartırma prosedurları yaxşılaşdırılıb".


Onun sözlərinə görə, dövlət orqanları tərəfindən verilmiş rəy və təkliflər də nəzərə alınmaqla layihə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən yenidən işlənərək təkmilləşdirilib: "Yeni məcəllədə ehtiyat kadrların idarə edilməsi məsələsi müəyyənləşdirilib. Eyni zamanda staj və sınaq müddətinə yenidən baxılıb. Eyni zamanda dövlət qulluqçularının maddi vəziyyəti, dövlət qulluğundan kənarlaşdırma səbəbləri dəqiqləşdirilib”.


Sonda dəyişikliklərlə bağlı müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR