Bakıda yeni yerüstü piyada keçidi istifadəyə veriləcək

Bakıda yeni yerüstü piyada keçidi istifadəyə veriləcək
# 22 iyul 2014 15:36 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakının Atatürk prospekti, 47 ünvanında yerləşən yerüstü piyada keçidində son tamamlanma işləri aparılır.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, uzunluğu 86 m, eni 3,5 m, yerdən hündürlüyü 6,5 olan keçid 3 giriş-çıxışdan ibarətdir.

Piyadaların rahatlığını təmin etmək məqsədilə 2 giriş-çıxışda hündürlüyü 7 m olan 4 eskalator, müasir işıqlandırma sistemi, izləyici kameralar və musiqi səsləndirilməsi üçün avadanlıq quraşdırılıb.

Hazırda keçidin döşəmə hissəsində sürüşkənliyin qarşısını almaq məqsədilə xüsusi qranitlə üzlənmə və ətraf ərazinin abadlaşdırılması işləri həyata keçirilir.

Piyadaların təhlükəsizliyini təmin edəcək yerüstü keçidin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR