Azərbaycan “Beynəlxalq hərbi oyunlar-2016” adlı təlimlərdə iştirak edəcək

Azərbaycan “Beynəlxalq hərbi oyunlar-2016” adlı təlimlərdə iştirak edəcək
# 07 iyul 2016 12:51 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycan Rusiyada keçiriləcək “Beynəlxalq hərbi oyunlar-2016” adlı təlimlərdə iştiraka razılıq verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, builki təlimlərdə 19 ölkə iştirak edəcək, 17 ölkə isə təlimdə iştirak etməkdən imtina edib.

Azərbaycanla yanaşı,Ermənistan, Belarus, Anqola, Venesuela, Yunanıstan, Misir, Zimbabve, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Küveyt, Monqolustan, Nikaraqua, Pakistan, Serbiya və Tacikistan təlimlərdə iştirak edəcəklər.

İmtina edən ölkələr isə Argentina, Braziliya, Böyük Britaniya, İtaliya, Koreya, Mərakeş, Niderland, Slovakiya, ABŞ, Türkmənistan, Özbəkistan, Finlandiya, Fransa, Xorvatiya, Çexiya, İsveçrə və Yaponiyadır.

Təlimlər iyulun 30-dan avqustun 13-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR