Şirvanda oğurluq hadisəsi baş verib

Şirvanda oğurluq hadisəsi baş verib
# 27 mart 2015 20:09 (UTC +04:00)

Şirvan polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri çərçivəsində məlum olub ki, Şirvan sakini, 1993-cü il təvəllüdlü Quluzudə Nurlan Bəhrəm oğlu mağazanın şüşəsini sındıraraq içəri daxil olub.

Mağazadan 200 manat məbləğində siqaret və digər ərzaq məhsulları oğurlayan N. Quluzadə polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR