Azərbaycanlı referi Çempionlar Liqasına dəvət alıb

Azərbaycanlı referi Çempionlar Liqasına dəvət alıb
# 04 noyabr 2015 09:04 (UTC +04:00)

Bakı – APA. Beynəlxalq dərəcəli azərbaycanlı referi Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasına dəvət alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək “Alba” (Rumıniya) – “Pyaçentsa” (İtaliya) matçında ədaləti qoruyacaq.

Sibiu şəhərində təşkil olunacaq qarşılaşmada Zülfüqarov ikinci hakim funksiyasını yetirəcək. O, makedoniyalı əsas referi Nikola Miçevskiyə yardım edəcək.

Qeyd edək ki, “Alba” – “Pyaçentsa” oyunu noyabrın 11-nə təsadüf edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR