Bakıda özlərini polis kimi təqdim edən şəxslər tutulub

Bakıda özlərini polis kimi təqdim edən şəxslər tutulub
# 24 dekabr 2014 09:34 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Paytaxtda özlərini polis əməkdaşı kimi təqdim edən üç nəfər həbs edilib. Daxili İşlər Nazirliyindən (DİN) APA-ya verilən məlumata görə, Yasamal rayonu Əhmədbəyov küçəsi-37 ünvanının qarşısında özlərini polis əməkdaşı kimi təqdim edən və şəxsiyyəti məlum olmayan üç nəfər Bakı şəhər sakini, Balacaxanım Qafarovaya hədə-qorxu gələrək ondan 80 manat pul alıblar.

Hadisəni törədənlərin mülki şəxslər - Bakı şəhər sakinləri Ehsan Şükürov, Əlihüseyn İmanov və Abdulla Fətullayev olduğu məlum olub və onlar saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR