Nuşirəvan Məhərrəmli: “Özəl kanallardakı şou verilişlər haqqında dosye hazırlanacaq”

Nuşirəvan Məhərrəmli: “Özəl kanallardakı şou verilişlər haqqında dosye hazırlanacaq”
# 06 iyul 2015 10:44 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Özəl televiziya kanallarında yayımlanan şou xarakterli verilişlərin hər biri haqqında dosye hazırlanacaq. O dosyedə verilişlərin tərtibatı və sair məsələlər haqda arayış veriləcək. Arayışda qanunvericiliyə zidd hallar olacağı təqdirdə, bu məsələyə baxılacaq”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Şura sədri bildirib ki, özəl televiziya kanallarında yayımlanan şou xarakterli verilişlərlə bağlı hazırlanan arayış artıq hazırlıq mərhələsindədir: “Bununla bağlı iş mütəmadi olaraq aparılır. Həmin şou verilişlərdə Azərbaycanın qanunvericiliyinə zidd halların olub-olmayacağı ciddi şəkildə araşdırılacaq”.

N. Məhərrəmli qeyd edib ki, “Space” televiziyasının rəhbərliyi onlara tutulan iradla bağlı üzərlərinə düşən işi görüblər: “Bu özü müsbət bir haldır. Bəzi adamlar işdən uzaqlaşdırılıb, bəzilərinə isə töhmət verilib. Ümumiyyətlə, kanalın reaksiyası normal olanda, bizim də reaksiyamız normal olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR